ELM VƏ TƏHSİL


Xəzər rayonundakı 183 nömrəli orta məktəbin 80 illik yubileyi qeyd olunub

Bu münasibətlə keçirilən tədbirdə Bakı Şəhər üzrə Təhsil İdarəsinin, Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndələri, Milli Məclisin deputatları, rayon ictimaiyyətinin təmsilçiləri, məktəbin məzunları iştirak ediblər. Əvvəlcə məktəbin həyətində şagirdlər fləşmob göstərib, mahnılar oxuyub, rəqslər ifa ediblər. Məktəbin gənc idmançılarının çıxışları maraqla qarşılanıb.