Dövlət İmtahan Mərkəzi test kitabçalarını bu otaqda hazırlayır
26.04.2017 [12:26]
Dövlət İmtahan Mərkəzi “qapalı şərait”də (bunker rejimində) test kitabçalarının hazırlanması prosesinə aid video-çarx hazırlayıb. Mərkəzin təşkil etdiyi imtahanlarda istifadə olunan test kitabçalarının tərtib edilməsi “qapalı şərait”də həyata keçirilir. Videoda “bunker”də görülən işlər, müəllimlər üçün yaradılmış şəraitə aid kadrlar yer alıb.