ELM VƏ TƏHSİL


II və III ixtisas qrupları üzrə 35 mindən çox abituriyent qəbul imtahanı verəcək

Dövlət İmtahan Mərkəzi aprelin 30-da 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək. DİM-in mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə deyib ki, imtahanda 35433 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 18681 abituriyent II qrup üzrə, 16752 abituriyent III qrup üzrə imtahan verəcək.