Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mayın 27-də keçiriləcək ilk sınaq imtahanına qeydiyyat davam edir

28.04.2017 [11:59]

I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün mayın 27-də keçiriləcək ilk sınaq imtahanına qeydiyyat davam edir. DİM-in mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadənin sözlərinə görə, qeydiyyat mayın 23-ü saat 10:00-dək aparılacaq.