Azərbaycan Dövlət İnformasiya Agentliyi

Magistraturaya ixtisas seçimi başladı

09.06.2017 [11:35]

Bu gündən magistratura səviyyəsinə qəbul imtahanlarının müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçimini yerinə yetirə bilərlər. Seçimlər iyunun 19-dək internet vasitəsilə davam edəcək. Xatırladaq ki, müsabiqəyə yalnız ixtisaslaşma seçimini edərək təsdiqləyən bakalavrlar buraxılacaqlar.