Azərbaycan Dövlət İnformasiya Agentliyi

DİM növbəti imtahanları keçirəcək

04.07.2017 [15:12]

Dövlət İmtahan Mərkəzi (DİM) sabah növbəti imtahanları keçirəcək. İmtahanlar 9 şəhər və rayonda – Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmazda 52 imtahan mərkəzində təşkil olunacaq və ümumilikdə 26 709 nəfərin iştirak edəcəyi gözlənilir.