ELM VƏ TƏHSİL


Sabunla yuyula bilən smartfon satışa çıxarılır

“Fujitsu Arrows M04”-ü yarım saat müddətinə mayeyə salmaq qorxulu deyil. Cihaz üçün yarım metrlik hündürlükdən düşmək də böyük təhlükə yaratmır. Mobil cihazın ekranını qabyuyan vasitələrlə parlayana qədər təmizləmək mümkündür. “Fujitsu Arrows M04” ekstremal şəraitdə havanın yüksək temperaturuna da dözməyə qadirdir. Cihazın displeyinin ətrafında metal çərçivə var ki, bu da müdafiəsini daha da möhkəmlədir.