78 ölkə arasında kimya üzrə qızıl medal qazanan məktəblimiz
17.07.2017 [13:19]
Bir-neçə gündür ki, hamı onun haqqında danışır. Akademik Zərifə Əliyeva adına Liseyin eksperimental pilot siniflərinin 10-cu sinif şagirdi Ramil Babazadə 78 ölkənin məktəblilərinin iştirakı ilə Tailandda keçirilən 49-cu Beynəlxalq Kimya Olimpiadasında qızıl medal qazanıb. Ramil Babazadə qızıl medala sahib olmaqla 11 il bundan əvvəl qazanılan uğuru təkrar edib.