Azərbaycan Dövlət İnformasiya Agentliyi

Müəllim adını qazanmaq istəyən 6 minə yaxın namizəd test imtahanı verib

26.07.2017 [13:24]

İyulun 25-dən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsinə start verilib. İki gün ərzində artıq 6 minə yaxın namizəd imtahan verib. Bu il müsabiqədə iştirak etmək üçün 47 min nəfərə yaxın şəxsin elektron ərizəsi təsdiq edilib. Bu isə rekord göstərici sayılır.