ELM VƏ TƏHSİL


Məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayıb

Avqustun 15-dən etibarən respublika üzrə ümumtəhsil müəssisələrində məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayıb. Təhsil Nazirliyinin ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov bildirib ki, 5 yaşı həmin il tamam olmuş uşaqlar üçün təşkil olunan məktəbəhazırlıq qrupları ölkənin bütün şəhər və rayonlarında, müvafiq maddi-texniki bazası və kadr potensialı olan məktəblərdə təşkil olunur.