ELM VƏ TƏHSİL


Ali təhsil müəssisələrinə qeydiyyat bu gün başa çatır

Ali təhsil müəssisələrinə qəbul olan abituriyentlər bu gün saat 17:00-dək sənədlərini daxil olduqları təhsil müəssisələrinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları ali təhsil müəssisəsindən öyrənə bilərlər. Bu gün səhər saatlarına olan statistikaya əsasən, 34 min 596 (qəbul olanların 95 faizi) abituriyent artıq qeydiyyatdan keçib.