Ali məktəblərin boş qalan plan yerlərinə və kolleclərə qəbul olan abituriyentlərin qeydiyyatı başa çatır
31.08.2017 [10:52]
Azərbaycan Respublikası ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olan abituriyentlərin qeydiyyatı avqustun 31-i saat 17:00-da başa çatır.
Dövlət İmtahan Mərkəzindən bildiriblər ki, abituriyentlər həmin vaxtadək sənədlərini daxil olduqları təhsil müəssisələrinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.