Azərbaycan Dövlət İnformasiya Agentliyi

Məktəbli yarmarkalarında aktivlik müşahidə olunur

13.09.2017 [19:12]

Yeni tədris ilinin başlanmasına sayılı günlər qalsa da, hələ də Bakıda fəaliyyət göstərən məktəbli yarmarkalarında aktivlik müşahidə olunur. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunan bu yarmarkalarda, dəftər, qələm, karandaş, kitab, çantalar və digər məktəbli ləvazimatları satılır. Satıcılar deyir ki, dərs ilinin başlanmasına az qaldığı üçün qiymətlərdə müəyyən endirimlər də ediblər.