ELM VƏ TƏHSİL


“Bakı Metropoliteni” Bilik günü ilə əlaqədar aksiya keçirib

Sentyabrın 15-də "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti “Bilik günü” ilə bağlı növbəti dəfə sosial aksiya keçirib. Hər il keçirilən aksiyanın məqsədi məktəblilərdə ruh yüksəkliyi yaratmaq və onlarda elmə marağı artırmaqdır. Aksiya çərçivəsində metrodan istifadə edən məktəblilərə müxtəlif jurnallar, məktəb ləvazimatları hədiyyə olunub.