Azərbaycan Dövlət İnformasiya Agentliyi

Videozəngləri dəstəkləyən “ağıllı” saat təqdim olunub

30.09.2017 [00:40]

“Amazon” şirkəti “Echo” istehsal xəttindən olan qurğuları tamamlayan “Echo Spot” “ağıllı” saatını təqdim edib. Kiçik 2,5 düym diaqonallı ekran və quraşdırılmış kamera ilə təchiz edilən saat “Echo Dot” və “Echo Show” qurğularının hibridini təşkil edir. Saat əsas təyinatı ilə yanaşı, videorabitə funksiyasını dəstəkləyir.