ELM VƏ TƏHSİL


Texnologiyada daha bir yenilik: artıq dronlar bağlamanı sifarişçiyə əlbəəl çatdırır

Britaniyanın “Cambridge Consultants” şirkəti tərəfindən hazırlanmış bağlamaların dronlar vasitəsilə çatdırılması sistemi başqalarından fərqlənir. Belə ki, şirkət bağlamanı sifarişçiyə birbaşa, daha doğrusu əlbəəl çatdırır. Bildiyimiz kimi, dünyanın bir çox böyük şirkətləri artıq kuryerlərdən deyil belə dronlardan istifadə idir. “DelivAir” konsepsiyasının fərqi ondan ibarətdir ki, sifariş edilmiş məhsulu aparan dron öncədən təyin edilmiş marşrut üzrə deyil, birbaşa sifarişçinin smartfonunun olduğu məkana gedir.