ELM VƏ TƏHSİL


BDU-da elmdə Azərbaycan qadınlarının rolu ilə bağlı müzakirələr aparılb

Zəka və müdrikliyi ilə seçilən Azərbaycan qadınının XX əsrdə yetişdirdiyi Zərifə Əliyeva, İzzət Orucova, Rəfiqə Əliyeva, Aida İmanquliyeva kimi mötəbər xanımlar yeni dövr Azərbaycan elmində önəmli iz buraxmış şəxsiyyətlərdir. Elmin zirvələrinə özünün gərgin əməyi, fitri istedadı ilə ucalan Aida xanımın Azərbaycan elm tarixində xüsusi yeri var. O, bir şərqşünas alim kimi bütün bilik və bacarığını elmimizin inkişafı yolunda yorulmadan sərf edib, nəinki Azərbaycanda, onun hüdudlarından çox-çox uzaqlarda da tanınıb, sevilib və hər zaman millətimizə başucalığı gətirib.