ELM VƏ TƏHSİL


Dubay polisi uçan motosikletlərin sınaqlarını keçirib

Dubay polisi onun patrul donanmasının bir hissəsi olacaq gələcəyin uçan motosikletinin sınaqlarını keçirib. Motosiklet havada 64 km/saat sürət yığa bilir və 25 dəqiqə uçmaq qabiliyyətinə malikdir. Həmçinin motosiklet 300 kiloqram yükü də daşıya bilir. Dubay polisi ümid edir ki, gələcəkdə uçan motosikletlərdən zabitlərin hadisə yerinə operativ gəlməsi üçün istifadə etmək mümkün olacaq.