ELM VƏ TƏHSİL


Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Şəmkirdə vətəndaşları qəbul edib

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə müvafiq olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir, onların müraciət və təklifləri dinlənilir. AZƏRTAC xəbər verir ki, Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə oktyabrın 20-də Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonlarından olan vətəndaşları qəbul edib.