ELM VƏ TƏHSİL


Ümumtəhsil məktəblərində payız tətili noyabrın 16-dan 20-dək müəyyənləşdirilib

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən, dərs ili ərzində beş gün payız tətili (noyabrın 16-dan 20-dək) müəyyənləşdirilib. Həmin tətil günləri bütün ümumtəhsil məktəblərinə aiddir. 2017-2018-ci dərs ilində həm beşgünlük, həm də altıgünlük iş həftəsi ilə işləyən ümumtəhsil məktəblərində tətildən sonra ilk dərs günü noyabrın 21-də olacaq.