Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əhməd Arslan: “Bakutel-2017”də Türkiyə 10-dan çox şirkətlə təmsil olunur

05.12.2017 [16:15]

Xəbərin mətni
“Bakutel-2017” XXIII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisində Türkiyə 10-dan çox şirkətlə təmsil olunur. AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan deyib. Nazir bildirib ki, Türkiyə şirkətləri “Bakutel” sərgilərində iştiraka hər zaman maraq göstərirlər. “Bakutel” sərgiləri həmin şirkətlərin öz xidmətlərini təqdim etmələri üçün çox gözəl platformadır.

BÖLMƏNİN DİGƏR VİDEOLARI