“Bakutel-2017”də “elektron imza” texnologiyası təqdim edilib
05.12.2017 [16:41]
Xəbərin mətni
“Bakutel-2017” sərgisi çərçivəsində “elektron imza” texnologiyasını vətəndaşlarımıza təqdim etmişik. Burada “elektron imza”dan gələcəkdə hansı sahələrdə istifadə ediləcəyi barədə də məlumat veriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə “Bakutel-2017” sərgisində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin marketinq şöbəsinin müdiri Ceyhun Məmmədov jurnalistlərə müsahibəsində deyib.