Dorit Sallis: Bakı “Ekspo-2025“ üçün namizədlik yarışında güclü mövqeyə sahib olacaq
21.12.2017 [11:23]
Xəbərin mətni
Azərbaycanın inkişafı, Bakıdakı infrastruktur, ölkənin füsunkar təbiəti və tarixi, insanların qonaqpərvərliyi sayəsində Bakı “Ekspo-2025“ üçün namizədlik yarışında güclü mövqeyə sahib olacaq.
Bu sözləri İsveçrə-MDB birgə Ticarət Palatasının icraçı direktoru Dorit Sallis 2025-ci ildə “Ekspo” Ümumdünya Sərgisinə ev sahibliyi etməyə Bakı şəhərinin namizədliyinin irəli sürülməsi ilə əlaqədar Bern şəhərində keçirilən təqdimat mərasimində AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib.