CƏMİYYƏT


Gəndov-Yalama avtomobil yolunda baş verən qəzada 3 nəfər yaralanıb

İyunun 12-si Gəndov-Yalama avtomobil yolunda 3 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yolun Şabran rayonunun Şahnəzərli kəndi ərazisindən keçən hissəsində qeydə alınan hadisə zamanı “Mercedes” markalı yük maşını eyni markadan olan minik avtomobili ilə toqquşub.