CƏMİYYƏT


Paytaxtda avtoxuliqanlıq edən sürücülər inzibati məsuliyyətə cəlb olunub

Bakıda ayrı-ayrı zamanlarda yol polisinin qanuni tələbinə əməl etməyən avtoxuliqanlar tutulub. Yol hərəkəti qaydalarını pozmaqla yollarda təhlükəli vəziyyət yaradan Xəyal Salmanov, Elçin Hümbətov və Kamal Hüseynovun nəqliyyat vasitələrini idarə etmək hüquqları bir il müddətinə məhdudlaşdırılmaqla, onlar barəsində həbs tətbiq edilib.