QAN YADDAŞI


Fransanın Konyak şəhərində Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı Azərbaycanın Fransadakı səfirliyinin, bu ölkənin Konyak şəhər meriyasının və Azərbaycanın Dostları Assosiasiyasının birgə təşkilatçılığı ilə anım tədbiri keçirilib. Sonra Xocalı qətliamı qurbanlarının xatirəsinə həsr edilmiş konsert olub. Konsertdə Frans Şubertin, Moris Ravelin, Enrike Qranadosun bəstələri, eləcə də “Xocalı 613” əsəri səsləndirilib.