MÜSAHİBƏ


Texniki və texnoloji ixtisas qrupu üzrə qəbul planı artıb

Son illərdə texnoloji ixtisaslar üzrə kadr hazırlığına xüsusi önəm verilir. Cari tədris ilində innovasiyaların təşviqinə yönəldilmiş texniki və texnoloji ixtisas qrupu üzrə qəbul planı ötən ilə nisbətən 4,3 faiz artıb.
AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və İqtisadiyyat Nazirliyinin təşkilatçılığı, Təhsil, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri və “Bir kəmər, bir yol” Elm və Texnologiya Alyansının dəstəyi ilə keçirilən “Rəqəmsal iqtisadiyyat: müasir çağırışlar və real imkanlar” mövzusunda beynəlxalq konfransda Təhsil nazirinin müavini İdris İsayev deyib.