MÜSAHİBƏ


Saleh Məmmədov: Bu il Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Xaldan-Şəki hissəsi çəkilib başa çatdırılacaq

"Bu il Prezident tərəfindən yol təsərrüfatına qoyulmuş investisiya xərcləri hesabına respublika əhəmiyyətli 36 yol, Bakı şəhəri üzrə isə rayon və qəsəbələrinin abadlaşdırılması üçün 12 yol üçün vəsait ayrılıb".
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.
Saleh Məmmədov bildirb ki, bu ilin sonuna qədər Bakı-Şamaxı-Yevlax avtomobil yolunun üzərindəki Xaldan qəsəbəsindən Gürcüstan sərhədinə qədər olan yolun 54 km-lik Xaldan-Şəki hissəsinin çəkilib başa çatdırılması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır