Azərbaycanın bir sıra ali məktəbləri “Girne Amerikan” Universiteti ilə sıx əməkdaşlıq edir
24.02.2020 [12:18]
Xəbərin mətni
Bu sözləri AZƏRTAC-a müsahibəsində “Girne Amerikan” Universitetinin beynəlxalq əlaqələr departamentinin direktoru, Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu deyib. Qeyd edib ki, universitet Vaşinqton, İngiltərə, Honkonq, İstanbul, Kişinyov və Kiprdə filialları olan böyük korporasiyadır. Azərbaycandan bu universitetdə 200-dək tələbə, bakalavr, magistratura və doktarantura pilləsində təhsil alır.