MÜSAHİBƏ


“Xocalıya ədalət!” kampaniyasının davam etdirilməsi çox vacibdir

Azərbaycanın Fransadakı səfirliyi və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Gənclər Forumunun birgə təşkilatçılığı ilə Parisdə səfirliyin Mədəniyyət Mərkəzində Xocalı soyqırımı qurbanlarının xatirəsi anıldı. Tədbir çərçivəsində beynəlxalq ictimaiyyətə təqdimat, videolar vasitəsilə ciddi mesajlar ötürüldü. Azərbaycan torpaqlarının 20 faizi hələ də işğal altındadır. Torpaqların işğalı, dinc insanların qətlə yetirilməsi faktlarının unudulmaması və gələcək nəsillərə ötürülməsi üçün belə fəaliyyətlər, “Xocalıya ədalət!” kampaniyasının davam etdirliməsi çox vacibdir.
Bu fikirləri Türkiyənin Fransadakı səfiri İsmail Hakkı Musa AZƏRTAC-a açıqlamasında deyib.