Bakıda "Ürək və Damar Cərrahiyyəsi" elmi-praktik jurnalının təqdimatı olub
28.02.2020 [20:43]
Xəbərin mətni
Fevralın 28-də Bakıda Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin "Ürək və Damar Cərrahiyyəsi" elmi-praktik jurnalının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, Cəmiyyətin sədri, professor Kamran Musayev jurnalın ölkəmizdə ürək və damar cərrahiyyəsinin inkişafında çox önəmli rol oynayacağını, xüsusilə, ürək-damar cərrahiyyəsinin elmi-praktik səviyyəsinin yüksəlməsinə öz töhfəsini verəcəyini bildirib.