MÜSAHİBƏ


Otuz mindən çox fermerin kartına 10 milyon 565 min manat vəsait köçürülüb

Azərbaycanda payızlıq əkinlə məşğul olan fermerlərə subsidiyaların verilməsinə başlanılıb. Bu prosesə ötən həftənin sonundan start verilib. Artıq 30 mindən çox fermerin kartına 10 milyon 565 min manat vəsait köçürülüb. Subsidiyaların köçürülməsi mərhələli şəkildə davam edir. Prosesin martın 20-dək sona çatdırılması nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyib.