CƏMİYYƏT


Koronavirusun əlamətləri günbəgün necə olur?

Sinqapurlu həkimlər xəstələr üzərində apardıqları müşahidələr əsasında onlarda vəziyyətin günbəgün necə dəyişdiyini qeyd ediblər.
AZƏRTAC Sinqapur KİV-lərinə istinadən bildirir ki, bəzi simptomlar (ishal, ürəkbulanma) bütün pasiyentlərdə müşahidə edilməyib. Lakin ilk vaxtlar qrip kimi başlayan xəstəlik sonradan öskürək, tənəffüs çətinliyi, yüksək hərarət ilə davam edir. Sinqapurlu alimlər qeyd edirlər ki, əgər hərarət, öskürək ilk beş gündə səngirmirsə, mütləq həkimə müraciət etmək lazımdır.