Azərbaycan Dövlət İnformasiya Agentliyi

FHN koronavirus təhlükəsi ilə bağlı Rusiya ilə sərhəddə qəbul-çeşidləmə məntəqələri qurub

19.03.2020 [21:34]

Xəbərin mətni

Azərbaycan Respublikası ərazisində koronavirusun (COVİD-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Hökumətinin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən qonşu Rusiya Federasiyası ilə sərhəddə Qusar rayonunun ərazisində yerləşən “Samur” və Xaçmaz rayonunun ərazisində yerləşən “Xanoba” sərhəd-keçid məntəqələrinin yaxınlığında qəbul-çeşidləmə məntəqələri qurulub.