CƏMİYYƏT


Koronavirusdan qorunmaq mövzusunda yeni sosial çarxlar hazırlanıb

"Yaşlıları koronavirusdan qoruyaq!"

 

Tibbi maskalardan nə zaman və necə istifadə etməliyik?

"Koronavirusdan qorunmaq üçün əllərimizi necə yumalıyıq?"

Vergilər Nazirliyi koronavirus pandemiyası ilə bağlı əhalinin maarifləndirilməsi və məlumatlandırılması istiqamətində sosial məsuliyyət tədbirlərini davam etdirir. Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, koronavirusla mübarizənin səmərəliliyinin artırılması, əhalinin təlaşa düşməməsi və sadə gigiyena qaydalarına riayət etməsinin təşviqi məqsədilə, nazirliyin Media və kommunikasiya idarəsi doğru davranış qaydalarından bəhs edən daha 3 yeni sosial çarx hazırlayıb.