Azərbaycan Dövlət İnformasiya Agentliyi

Baku Media Center koronavirusla bağlı maarifləndirici videoçarx hazırlayıb

23.03.2020 [12:09]

AZƏRTAC xəbər verir ki, dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq Bakı Media Mərkəzi, sosial məsuliyyəti çərçivəsində xüsusi video-çarxlar hazırlayıb.
Vətəndaşların maarifləndirilməsi və məlumatlandırılması məqsədi daşıyan bu sosial video-çarxlarda koronavirusla mübarizə üsulları, əhalinin təlaşa düşməməsi və sadə gigiyena qaydalarına riayət etməsi təşviq olunur.