CƏMİYYƏT


Rusiyadan Azərbaycana gələn vətəndaşlar Nabran istirahət zonası və Qubadakı turizm mərkəzlərində karantinə alınıb

Rusiya Federasiyasından avtomobil yolu ilə Azərbaycana gələrək zəruri sanitar-karantin tədbirlərinə cəlb olunan vətəndaşlar Nabran istirahət zonasındakı turizm mərkəzlərinə yerləşdiriliblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda 6 otel və mehmanxana tipli istirahət mərkəzində 820 nəfər karantindədir. Onlara koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə məqsədilə həyata keçirilən qabaqlayıcı tədbirlər haqqında ətraflı məlumat verilib. Əhalinin sağlamlığının qorunması üçün bu tədbirlərin əhəmiyyəti və karantin rejiminin tələblərinə ciddi riayət edilməsinin vacibliyi izah olunub.