MÜSAHİBƏ


Karantin rejimində kənd təsərrüfatı məhsullarının əkininə və daşınmasına məhdudiyyət yoxdur

Aqrar sektorda fəaliyyət xüsusi karantin rejimi tələblərinə uyğun qurulur. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, rayonlardan orta və iritonnajlı maşınlarla paytaxta, digər böyük şəhərlərə və rayonlara kənd təsərrüfatı və ərzaq məhsullarının daşınmasına icazə verilir. Fermerlər yerli icra hakimiyyəti orqanlarından aldıqları arayış əsasında məhsullarını sərbəst şəkildə paytaxt, böyük şəhərlər və rayonlara gətirib sata bilərlər. Eyni zamanda, məhsullar heç bir maneə olmadan bazarlara çıxarılır, həmçinin xarici ölkələrə ixrac edilir. Bunu Kənd Təsərrüfatı naziri İnam Kərimov jurnalistlərə açıqlamasında deyib.