CƏMİYYƏT


Azərbaycanda 300 nəfərə yaxın tibb işçisi koronavirusa yoluxub

Azərbaycanda 300 nəfərə yaxın tibb işçisi koronavirusa yoluxub.
AZƏRTAC xəbər verir ki, bu sözləri Səhiyyə nazirinin müavini Viktor Qasımov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
Onun sözlərinə görə, yoluxan həkimlərin əksəriyyəti başqa yerdə yoluxub. Onların 60-70 faizi sağalıb və artıq işlərini davam etdirirlər. Virusa yoluxan tibb işçiləri arasında ölən və vəziyyəti ağır olan yoxdur.