MÜSAHİBƏ


Taxıl sahələrindən qısa müddətdə 171 min tondan çox məhsul yığılıb

Bu il ölkədə 1 milyon 9 min hektardan çox sahədə taxıl becərilib və indiyədək 58 min hektara yaxın sahədə biçin aparılıb. Zəmilərə 1079 kombayn cəlb edilib.
AZƏRTAC xəbər verir ki, respublika ərazisində taxıl biçini davam edir. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynov bildirib ki, becərilən sahələrin 640 min hektarını buğda, 369 min hektarını isə arpa sahəsi təşkil edir. Hazırda 24 rayon arpa sahələri biçilir. Bu günə kimi sahələrin 5,7 faizi, yəni 57 min 977 hektarı biçilib və 171 min 808 ton məhsul yığılıb. İlkin mərhələdə məhsuldarlıq 29,6 sentnerə bərabər olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə məhsuldarlıq yüksəkdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır