MÜSAHİBƏ


“Alim” Elmi Assosiasiyası Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzinə dəstəyinə görə təşəkkürünü bildirir

“Alim” Elmi Assosiasiyasının təsis yığıncağı Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində keçirilib. Bu Mədəniyyət Mərkəzində məsləhətləşmək üçün yenidən toplaşmağımıza imkan yaratdığına görə Fransadakı səfirliyimizə təşəkkür edirik.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Fransada fəaliyyət göstərən “Alim” Elmi Assosiasiyasının xəzinədarı və bu ölkədə İnformasiya texnologiyalarının idarəetməyə tətbiqi üzrə magistr dərəcəsini bitirmiş Şəbnəm Süleymanova söyləyib.