ELM VƏ TƏHSİL


Qubalı məktəblilər buraxılış imtahanlarında yüksək nəticəyə nail olublar

Dövlət İmtahan Mərkəzi tərəfindən 11-ci sinif şagirdləri üçün iyunun 24-25-də keçirilən buraxılış imtahanlarında ən yüksək nəticə göstərən 3 şagirddən ikisi Quba məktəblisidir.
İmtahan iştirakçıları arasında ən yüksək nəticəni 290.7 balla Balakən rayonu, Katex kənd 3 saylı tam orta məktəbin məzunu göstərib. İkinci ən yüksək nəticə nail olan Quba rayonu, Güləzi kənd tam orta məktəbin məzunu Ürfan Musayevdir - o, 289.6 bal toplayıb. Quba rayonu, Səbətlər kənd tam orta məktəbin 11-ci sinif şagirdi Fidan Ağayeva isə 288.3 bal toplayaraq üçüncü nəticəyə nail olub.