ELM VƏ TƏHSİL


İyulun 23-də və 24-də növbəti buraxılış imtahanları keçiriləcək

İyulun 23-də və 24-də Dövlət İmtahan Mərkəzi tərəfindən respublikanın 24 şəhər və rayonunda növbəti buraxılış imtahanları keçiriləcək.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanlar saat 11:00-da başlanır. İmtahanların başlanmasına 15 dəqiqə qalmış buraxılış rejimi başa çatır.
Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.