Hüseyn Atakan Varol: Bütün türk dillərini əhatə edəcək vahid süni intellekt modeli yaradıla bilər
14.10.2026 [16:48]
Xəbərin mətni
Azərbaycanın süni intellekt sahəsində nə qədər irəli getdiyini gördüm. Bu, həqiqətən də çox yüksək səviyyəli konfransdır. Tədbirin açılış nitqini dövrümüzün ən böyük süni intellekt alimlərindən biri - Polşa Elmlər Akademiyasının üzvü və London Kral Kollecinin dəvətli professoru Erol Qelenbe etdi. Bunu AZƏRTAC-a açıqlamasında Nazarbayev Universitetinin Ağıllı Sistemlər və Süni İntellekt İnstitutunun direktoru, professor Hüseyn Atakan Varol söyləyib.