Azərbaycanda İslam maliyyəsinin inkişafı üçün yeni alətlərin tətbiqinə ehtiyac var
22.10.2026 [13:15]
Xəbərin mətni
Azərbaycanda İslam maliyyəsinin inkişafı üçün bankçılıqla yanaşı, qiymətli kağızlar bazarı, mikromaliyyə, lizinq və fintex sahələrində də müvafiq alətlərin tətbiqi genişləndirilməlidir. Eyni zamanda, əhalinin İslam maliyyə məhsullarına inamının artırılması, mütəxəssislərin hazırlanması və maliyyə institutlarının İslam maliyyəsi prinsiplərinə riayətinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi vacibdir. Bunu İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, iqtisad üzrə fəlsəfə doktoru Ruslan Atakişiyev 3-cü İslam Maliyyə Forumunda deyib.