Azərbaycan Dövlət İnformasiya Agentliyi

İcraçı direktor: İslam bankçılığı və kapital bazarı alətləri investor dairəsini genişləndirə bilər

22.10.2026 [13:21]

Xəbərin mətni

Oktyabrın 1-nə bank sektorunun aktivləri ötən ilin eyni tarixi ilə müqayisədə 13 faiz artaraq 63,6 milyard manata, depozit portfeli illik 15 faiz artaraq 42,3 milyard manata, fiziki şəxslərin əmanətləri isə 20 faiz artaraq 18,4 milyard manata çatıb. Balans kapitalı illik 9 faiz artımla 7,84 milyard manata çatıb. İlk doqquz ayda xalis mənfəət ötən ilin eyni dövrü ilə müqayisədə 19 faiz artaraq 1,08 milyard manata yüksəlib. Bu barədə Azərbaycan Banklar Assosiasiyasının icraçı direktoru Yunus Abdulov 3-cü İslam Maliyyə Forumunda deyib.