Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hesablama Palatasına 1000-dən çox dövlət qurumu hesabat təqdim edib

22.10.2026 [14:00]

Xəbərin mətni

Son 13 ildə ölkədə aparılan dövlət maliyyəsinin idarə edilməsi sahəsində islahatların əsas intellektual drayveri Hesablama Palatası olub. Büdcənin icrasına, büdcə layihəsinə, fəaliyyət hesabatına verilən rəylərdə məzmun baxımından dəyişiklikləri görmək mümkündür. Bu sözləri Hesablama Palatasının Səmərəlilik auditi şöbəsinin müdiri Zaur Vəliyev “Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ” adlı konfransda “Dövlət maliyyəsinin məlumat idarəetməsində dayanıqlılığın təmin edilməsi” mövzusundakı panel müzakirəsində deyib.