QAN YADDAŞI


Azərbaycanlıların soyqırımının 101-ci ildönümü ilə bağlı Quba Soyqırımı Memorial Kompleksində konfrans keçirilib

Azərbaycanlıların soyqırımının 101-ci ildönümü ilə bağlı martın 31-də Quba Soyqırımı Memorial Kompleksində anım mərasimi və konfrans keçirilib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutu, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkil etdiyi konfransda Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, diplomatik korpusun və dini konfessiyaların nümayəndələri iştirak ediblər.