CƏMİYYƏT
Tovuzda vaksinasiya prosesi uğurla icra olunur
20.02.2021 [17:50]
COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması kampaniyası Tovuz rayonunda da uğurla davam etdirilir. AZƏRTAC xəbər verir ki, Tovuz Rayon Mərkəzi Xəstəxanasında əhalinin COVID-19-a qarşı vaksinasiya prosesinin yüksək mütəşəkkilliklə keçirilməsi üçün bütün zəruri tədbirlər görülüb. Vaksinasiya prosesinin həyata keçirilməsi məqsədilə rayon mərkəzi xəstəxanasında 1 qəbul otağı, 1 qeydiyyat otağı, 2 xüsusi peyvənd otağı, 2 nəzarət otağı, 1 təcili tibbi yardım otağı ayrılıb. Bundan əlavə, peyvəndlərin daşınması üçün TƏBİB-in təlimatlarına uyğun zəruri şərait yaradılıb.
06.12.2023 [20:57]
06.12.2023 [10:39]
09.12.2023 [15:26]
09.12.2023 [13:12]
09.12.2023 [13:04]
06.12.2023 [15:46]
05.12.2023 [23:34]
02.11.2023 [17:33]