LAYİHƏLƏRİMİZ


Fiziki məhdudiyyətli şəxs: Hər bir insanın daxilində hələ kəşf etmədiyi bir bacarığı var

AZƏRTAC-ın “Biz də hamı kimiyik” layihəsinin bu dəfəki qəhrəmanı kamandan oxatma idmanı ilə məşğul olan fiziki məhdudiyyətli şəxs Cahan Musayevdir. Bu idman növü üzrə bir çox uğurlara imza atan Cahan deyir ki, uğur qazanmaq üçün insan ilk növbədə özünə inanmalıdır. Hər bir insanın daxilində hələ kəşf etmədiyi bir bacarığı var.